Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Həmçinin bildirilib ki, müasir (stasionar, modul və ya mobil tipli olmaqla) heyvan kəsimi məntəqələrinin yaradılması istiqamətində görülən tədbirlər çərçivəsində Zəngilan rayonunda 1 heyvan kəsimi məntəqəsi tikilib, məntəqəyə AQTA tərəfindən baxış keçirilib və qeydiyyata alınıb. Eyni zamanda, Şuşa, Cəbrayıl, Füzuli, Ağdərə (Talış kəndi), Suqovuşan qəsəbəsi və Zəngilan rayonunun Ağalı kəndində ilkin olaraq çadır tipli kəsim məntəqələri quraşdırılıb. (AZƏRTAC)