07.08.2025, 19:32
AZ EN
08.07.2025, 11:44 187

Qubadlı məktəbliləri arasında cüdo üzrə turnir təşkil olunub

XƏBƏRLƏR
  • Vətən Müharibəsinin şəhidi Rəhimli Orxan Elxan oğlunun xatirəsinə həsr olunan 2012-2014-cü il təvəllüdlü yeniyetmələr (oğlanlar və qızlar) arasında cüdo üzrə turnir təşkil olunub.

Turnir Qubadlı rayonu üzrə gənclər və idman sektoru və Qubadlı rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Hal kənd tam orta məktəbin idman zalında keçirilib.

Açılış mərasimində Qubadlı rayonu üzrə gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev, şəhid valideynləri, qazilər, Qubadlı rayon UGİŞM-in direktoru Cavanşir Əliyev çıxış edərək iştirakçılara uğurlar arzu ediblər.

Sonda qaliblər diplom və medallar ilə təltif olunublar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər