28.06.2025, 12:49
AZ EN
24.05.2025, 14:00 138

Bu gün qəhrəman şəhidimiz Ülvi Qulamlının doğum günüdür

XƏBƏRLƏR
  • Belə bir deyim var, şəhid qanı axmayan torpaqdan vətən olmaz. Onlar düşmən qarşısında inamla dayanıb Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid oldular.  Şəhidlik ünvanı əbədi zirvədir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Ülvi Şahin oğlu Qulamlıdır.

Ülvi Qulamlı 1994-cü il mayın 24-də Mingəçevir şəhərində anadan olub. 2001-2012-cı illərdə Mingəçevir şəhərinin 13 saylı tam orta məktəbində təhsil alıb. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2018-2020-ci illərdə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə kiçik çavuş rütbəsində müddətdən artıq xidmət edib.  Azərbaycan Ordusunun kiçik çavuşu Ülvi Qulamlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

Suqovuşan, Talış kəndi, Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 19-da Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub . Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Ülvi Qulamlı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər