28.06.2025, 14:28
AZ EN
27.06.2025, 21:30 131

Avropa çempionu Elgün Kərimli: "Qələbəmi şəhidlərimizə həsr edirəm"

XƏBƏRLƏR
  • Qalibiyyətimi şəhidlərimizə həsr edirəm.

Bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-15 qitə birinciliyində çempion olan Azərbaycanın sərbəst güləş millisinin üzvü Elgün Kərimli (85 kq) jurnalistlərə açıqlamasında deyib.

“Şükür ki, əziyyətim yerdə qalmadı. Bu nailiyyətlərə görə müəllimimə borcluyam. Bu başlanğıcdır, gələcəkdə daha yaxşı nəticələrlə qarşınızda olmağa çalışacağam. Qalibiyyətimi şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Finala məşqçi Namiq Quliyevlə yaxşı hazırlaşmışdıq. Rəqibimin güclü olmasına baxmayaraq, müəllim məni həvəsləndirdi. Dedi sən onu udacaqsan. Başlqanğıcda səhvlərimin olmasına baxmayaraq, özümü itirmədim. Çalışıb ikinci hissədə rəqibimi məğlub etdim”, - E.Kərimli vurğulayıb. (Report)

Oxşar xəbərlər