Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə illik hesabatında əksini tapıb.
Komitə tərəfindən, həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına köçürülən təsərrüfat subyektləri arasında gender balansının təhlili aparılıb. Köçürülmə prosesi çərçivəsində ictimaiyyətə əvvəlcədən ərazilərin təhlükəsizliyi, köçürülmənin mərhələləri və istifadə ediləcək örüş, otlaq və biçənək sahələrinin coğrafi yerləşməsi barədə məlumat verilib. Bununla yanaşı, əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilib. (AZƏRTAC)