Bu sözləri keçmiş məcburi köçkün Elgiz Tağıyev söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən ərazilərdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir, davamlı inkişaf konsepsiyaları həyata keçirilir. Xüsusilə keçmişə nəzər saldıqda hazırda Qarabağda aparılan bərpa-quruculuq işləri bunu əks etdirir.
"44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu prezident Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə layiqli cavab verdik. Şükürlər olsun ki, bu gün biz sağ-salamat öz doğma elimizə, obamıza qayıdırıq. Arzu edirəm ki, bütün məcburi köçkünlər əziz yurdlarına qayıtsınlar. Allah Ali Baş Komandanımızı və ölkəmizi qorusun" - deyə Ağdam sakini əlavə edib. (AZƏRTAC)