Layihə 5 gün davam edib. Düşərgə 8-12 yaş aralığında 30 şəhid övladını əhatə edib. Düşərgə iştirakçıları Qəbələ şəhərinin ən gözəl məkanlarından olan Nohur göl və "Qəbələnd" əyləncə mərkəzində maraqlı vaxt keçiriblər.
Həmçinin uşaqlar "Qəbələ" İdman Klubunun prezidenti, karate üzrə dünya və Avropa çempionu, Vətən müharibəsi iştirakçısı Fariz Nəcəfovla da görüşüblər. Tanınmış "Wilderness cooking" "Youtube" kanalının sahibi Təvəkkül Aslanovun qonağı olan uşaqlar ona suallarını verib, təcrübələrini öyrəniblər. İldə yalnız bir ay fəaliyyət göstərən Lavanda tarlaları da uşaqların marağına səbəb olub.
Qeyd edək ki, düşərgənin əsas məqsədi şəhid övladlarına diqqət və qayğının artırılması, onlarda sağlam həyat tərzinin təbliğidir.
Mina RƏŞİD