71 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində göstərdiyi 147 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Təkanla qaldırma hərəkətində 180 kiloqram çəkinin öhdəsindən gələn Rüstəmov bu dəfə 4-cü olub. Təmsilçimiz toplamda 327 kiloqram göstərici ilə yarışı 4-cü yerdə bitirib. (AZƏRTAC)