22.04.2026, 11:43
AZ EN
22.04.2026, 09:45 49

Şuşada daha bir məhəllənin bərpasına başlanır

QARABAĞ
  • Qarabağın baş tacı olan Şuşada bərpa və yenidənqurma işlərinin növbəti mərhələsinə başlanır. Bu mərhələdə Mədəniyyət Paytaxtında yeni yaşayış binalarının tikintisi ilə bağlı kompleks layihənin icrası nəzərdə tutulur.

"Vətən səsi" xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin bununla bağlı elan etdiyi tenderə yekun vurulub. Tenderin nəticələrinə uyğun olaraq, satınalma müsabiqəsində qalib gəlmiş  “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şuşa şəhərinin D-3 massivində yerləşən 2-ci mərhələdə yeni yaşayış binalarının tikintisini öz üzərinə götürüb. Həmin mərhələdə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işləri və ərazinin abadlaşdırılması işləri həyata keçiriləcək.

Artıq bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə “Diler İnşaat” QSC arasında müqavilə də imzalanıb. Qalib şirkət müqaqvilə öhdəliklərinə uyğun olaraq göstərilən ünvanda müvafiq işlərə başlayıb.

Xatırladaq ki, müqaviləyə əsasən, görüləcək işlərin maliyyə dəyəri 29,4 milyon manat müəyyənləşdirilib. Sifarişçi tərəf artıq həmin vəsaiti layihənin icrasını həyata keçirəcək şirkətin hesabına köçürüb.

Elxan SALAHOV

Oxşar xəbərlər