2006–2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirən Mühüd Orucov 2007-ci ildə "N" saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsinə təyin edilib. Elə həmin ildə öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün ezam olunub və kursu müvəffəqiyyətlə bitirib. Qısa zaman ərzində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinədək yüksəlib. Kapitan Mühüd Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Mühüd Orucov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ