27.06.2025, 22:36
AZ EN
03.04.2025, 07:00 265

Laçınlı məcburi köçkünlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Fingə obasında – Laçın rayonunun Fingə kənd tam orta məktəbinin həyətində həmin obanın ərazisində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilib.

46 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Qəbulda Laçın Rayon Prokuroru İlqar Səadətov, Dövlət Təhlükəsizliyi Xidmətinin Laçın Rayon Şöbəsinin rəisi Cavad Süleymanov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.    

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Günel QULİYEVA

Oxşar xəbərlər