27.06.2025, 06:14
AZ EN
18.03.2025, 13:49 260

Qarabağ və Kərkük universitetləri arasında tələbə mübadiləsi aparıla bilər

XƏBƏRLƏR
  • Qarabağ və Kərkük universitetləri arasında tələbə mübadiləsi aparıla bilər.

Bunu Türkman Akademiklər Təşkilatının sədri Nebil Şahin Kifrili martın 18-də Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu çərçivəsində keçirilən "Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər" panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bununla bağlı Qarabağ Universitetinin rektoru ilə şifahi razılaşma əldə olunub:

"Mən İraqın Azərbaycandakı səfiri ilə bununla bağlı danışıqlar aparmışam. Qarabağ və Kərkük universitetləri arasında tələbə mübadiləsi aparılması razılaşdırılıb. Ümid edirəm, nəticə müsbət olacaq". (Report)

Oxşar xəbərlər