27.06.2025, 13:21
AZ EN
24.02.2025, 12:39 267

Xocalıya köçən sakin: Hər birimiz sevincli və qürurluyuq

XƏBƏRLƏR
  • Bu gün bizim üçün ən gözəl günlərdən biridir – Vətənimizə qayıdırıq. Hər birimiz sevincli və qürurluyuq.

Bu sözləri Ağdamda Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Tacir Əhmədov deyib.

“33 il əvvəl torpaqlarımız işğal olunanda evimizi, yurdumuzu gözyaşı ilə tərk etmişdik. Elə bu günlərdə - fevralın 25-dən 26-na keçən gecə soyqırımı törədilmişdi, xocalılılar soyuq fevral günlərində ayaqyalın çöllərə düşdülər. Bu gün isə qalib xalqın nümayəndəsi kimi geri dönürük. Bu günü, bu qüruru bizə yaşadan Ali Baş Komandana, Ordumuza təşəkkürümü bildirirəm”, - deyə Xocalı sakini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər