Hərbi yürüş Laçın şəhəri mərkəzində yerləşən Bayraq meydanından başlayıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş ediblər.
Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyiblər. (AZƏRTAC)