Bu sözləri Ağdamda açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Hamlet Nəsibov deyib.
“İnsan taleyi təzadlarla doludur. Bir zamanlar yurdumuzu tərk edərkən bu yolları böyük kədər və ümidsizliklə getmişdik. İndi isə sevinc və qürurla qayıdırıq. Bu gözəl hissləri bizə yaşadan, bizi yurdumuza qovuşduran Ordumuza, Prezidentimizə minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib. (AZƏRTAC)