20.04.2026, 19:16
AZ EN
20.04.2026, 17:30 78

Ermənistan Türkiyə ilə sərhədin açılmasını gözləyir

XƏBƏRLƏR
  • Ermənistan hökuməti Azərbaycanla sülh razılaşması əldə edəndən sonra Türkiyə ilə sərhədi açmağa hazır olduğunu dəfələrlə bəyan edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Türkiyə mətbuatına açıqlamasında bildirib. O, qeyd edib ki, rəsmi İrəvanın sərhədlərin açılmasına həm siyasi, həm də texniki cəhətdən tam hazırdır: "Ermənistan tərəfi bununla bağlı bütün zəruri infrastrukturu qurub və rəsmi Ankaranın yekun qərarını gözləyirik. Hazırda dialoq liderlər səviyyəsində, eləcə də müxtəlif nazirliklər arasında davam edir. Bu isə tərəflər arasındakı təmasların daha geniş miqyaslı əməkdaşlıq formatına keçdiyini göstərir".

Xatırladaq ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci ilə görüşüb. Onlar ikitərəfli gündəm və regional inkişaflarla bağlı məsələləri müzakirə ediblər. Görüşdə sülh və əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb. Sərhədlərin açılması da daxil ikitərəfli və regional əlaqələri təmin edən layihələrin həyata keçirilməsi imkanlarının mövcudluğu, bu imkanların daha da dərinləşdirilməsinin zəruriliyi qeyd edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər