27.06.2025, 13:15
AZ EN
27.01.2025, 12:54 295

Qubadlı məktəbliləri arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

XƏBƏRLƏR
  • “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunan Qubadlı rayon ümumi təhsil məktəblərinin 8-11-ci sinif şagirdləri (oğlanlar) arasında pnevmatik tapançadan güllə atıcılığı üzrə rayon birinciliyi təşkil edilib.

Birincilik Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin Qubadlı rayonu üzrə sektorları və Sumqayıt Paralimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Kompleksdə keçirilib.

Açılış mərasimində çıxış edən Qubadlı rayonu üzrə gənclər və idman sektorunun müdiri İslam Allahveridyev və güllə atıcılığı üzrə əməkdar məşqçi Əfqan Əhmədov iştirakçılara uğurlar arzu ediblər.

Yarışda 22 məktəb üzrə 44 nəfər qalib adı uğrunda mübarizə aparıb.

Yarışın yekun nəticəsinə əsasən Aşağı Mollu kənd tam orta məktəbinin şagirdi Nurlan Gülməmmədli birinci yerə, Çardaxlı kənd tam orta məktəbin şagirdi Fəqan İmanlı ikinci yerə, Xələc kənd tam orta məktəbin şagirdi Emil Səfərov isə üçüncü yerə layiq görülüb.

Qaliblər Regional İdarənin diplom və medalları ilə təltif ediliblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər