28.06.2025, 01:53
AZ EN
07.01.2025, 08:33 253

“Horadiz əməliyyatı və böyük Zəfər tariximiz” adlı dəyirmi masa keçirilib

XƏBƏRLƏR
  • Füzuli RİH-də “Horadiz əməliyyatı”nın 31–ci ildönümünə həsr edilmiş “Horadiz əməliyyatı və böyük Zəfər tariximiz” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Aparatın əməkdaşları iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu ordu quruculuğu siyasətindən, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu “Horadiz əməliyyatı”nın hərbi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərdən söz açıb. Alı Alıyev Horadiz əməliyyatı ilə Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsinin Azərbaycanın hərb tarixində qürurverici qələbə olduğunu diqqətə çatdırıb.

Alı Alıyev çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun qazandığı böyük Zəfərin mənbəyində məhz Ulu Öndər Heydər Əliyev siyasəti dayandığını bir daha vurğulayıb.
Tədbir dəyirmi masa ətrafında müzakirələr formatında davam edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər