Bu münasibətlə təşkilatın Baş katibi Antonio Quterreşin müraciətində deyilir ki, beynəlxalq gündə jest dillərinin dayanıqlı inkişafa nail olunmasında və heç kimin bu prosesdən kənarda qalmamasında vacibliyi qeyd olunur. Həmçinin bu əlamətdar gün jest dillərindən istifadə edən bütün insanların dil özünəməxsusluğu və mədəni müxtəlifliyinin qorunması və dəstəklənməsi üçün imkan yaranır.
Jest dilləri danışıq dilindən fərqlənən və fikirləri tam əhatə edən təbii dil sayılırlar. Bundan başqa, eşitmə qabiliyyəti zəif olan insanların beynəlxalq tədbirlərdə, səfərlərdə və şəxsi ünsiyyət zamanı istifadə etdikləri ümumi beynəlxalq jest dili var. Həmin dil eşitmə qüsurlu insanlar arasında əsas ünsiyyət vasitəsidir və məhdud leksikona malik olmaqla yerli dillər kimi mürəkkəb deyil.
Jest dillərindən istifadə Əlillərin Hüquqları üzrə Konvensiyada tanınır və dəstəklənir. Sənəddə göstərilir ki, onlar danışıq dilləri statusuna malikdir və təşkilata üzv dövlətlər jest dillərinin öyrənilməsinin asanlaşdırılması, həmçinin eşitmə qabiliyyəti zəif olan insanıların icmalarının dil eyniliyinin inkişafına dəstək verməlidirlər.
Qeyd edək ki, bu dildən dünyada 300 milyondan çox insan istifadə edir. İlk Beynəlxalq Jest Dilləri Günü 2018-ci ildə qeyd olunub.
Ölkəmizdə də bu əlamətdar günlə bağlı hər il müxtəlif tədbirlər həyata keçirilir.
Hazırladı: Mina RƏŞİD