28.06.2025, 08:37
AZ EN
28.08.2024, 08:36 358

Xocavənd rayonunda maarifləndirici görüşlər keçirilib

XƏBƏRLƏR
  • İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi mövzusunda Xocavənd rayonunun müxtəlif idarə və təşkilatlarında görüşlər keçirilib.

Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Həsənov bildirib ki, kağız istirafına yol verməmək, onlardan qənaətlə və təyinatına uyğun istifadə etmək, nəhayət təkrar emal müəssisələrinə təhvil vermək və elektrik enerjisinə qənaət etmək bilavasitə təbiətin qorunmasıdır. Təbiəti qorumaq hər bir vətəndaşın borcudur. Müxtəlif idarə və təşkilatların işçilərinə tövsiyyə olunub ki, təbiətin qorunmasına laqeyd qalmasınlar. 

Mina RƏŞİD

Oxşar xəbərlər