Öncə Qarabağın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra QSC-nin sədri Rövşən Məmmədov şəhidin həyat yolu və peşəkar fəaliyyətindən danışıb, xatirələrini bölüşüb. Tədbirdə AzTV-nin sifarişi ilə çap olunan “Sirac” kitabı da kollektivə təqdim edilib. Şəhid atası Abış Abışıov, qardaşı Şirzad Abışov və kitabın müəllifi Firuzə Nadir çıxış ediblər, ardınca QSC-də fəaliyyəti ilə fərqlənən 5 əməkdaşa Sirac Abışovun adını daşıyan diplom verilib.
Qeyd edək ki, avqustun 29-da şəhid Sirac Abışovun 35 yaşı tamam olur. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ