29.04.2026, 17:32
AZ EN
29.04.2026, 15:52 147

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

XƏBƏRLƏR
  • Bu ilin aprelin 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 528,551 milyon manat təşkil edib.

Bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 2,6 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünə nisbətən isə 47,2 milyon manat və ya 9,8% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 20,02%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 528,224 milyon manatı milli valyutada, 327 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin aprelin 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 19 min manat və ya 0,01%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,1 milyon manat və ya 2,4 dəfə artaraq 24,491 milyon manata bərabər olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,78% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 15,804 milyon manatı milli valyutada, 8,687 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 553,042 milyon manata çatıb.

Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 30,290 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 171,5 milyon manat və ya 0,6%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,7% çoxdur. (Trend)

Oxşar xəbərlər