Rayonun Horovlu kənd tam orta ümumtəhsil məktəbində kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil olunub.
İmtahanda Ağcabədi, Laçın, Tərtər, Bərdə və Cəbrayıldan olan 47 cüdoçu iştirak edib.
İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran cüdoçulara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda onların motivasiyasının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur. (Report)