29.04.2026, 20:37
AZ EN
29.04.2026, 17:54 17

Diplomu və işi olmayan məcburi köçkünlər üçün unikal fürsət

XƏBƏRLƏR
  • Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi məcburi köçkün gənclərin peşə hazırlğının artırılması üçün yeni imkanlar yaradıb. Mərkəz işğaldan azad edilmiş şəhər və rayonlarda qeydiyyatda olan gənclər üçün “Elektrik qaz qaynaqçısı” və "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru" ixtisasları üzrə ödənişsiz kurslar təşkil edir. "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təşkil olunan ödənişsiz təlim kurslarını uğurla başa vuran müdavimlərə müvafiq peşə ixtisası üzrə dövlət nümunəli müddətsiz sertifikat təqdim olunacaq.

Peşə Təhsili Mərkəzindən "Vətən səsi"nə verilən məlumata görə, qısamüddətli təlim kurslarında hər iki ixtisas üzrə ən azı 15 gənc təhsil alacaq. Müdavimlərə yaş məhdudiyyəti qoyulmur və 15 yaşından yuxarı şəxslər təlim kurslarında iştirak edə bilər. Yalnız məcburi köçkün vətəndaşlar üçün nəzərdə tutulan kursların müddəti iki ay yarımdır. Kursu başa vuran müdavimlərə təqdim olunacaq nümunəvi sertifikatlar təkcə ölkə daxilində deyil, xaricdə də tanınır.

Bu təlim kurslarının bir üstün cəhəti də odur ki, müvafiq sertifikatı əldə edən müdavimlərin işlə təmin olunmasına köməklik göstərilir. Əsasən də işğaldan azad olunmuş ərazilərdə həmin peşələr üzrə kadr təminatında bu şəxslərə üstünlük verilir.

“Bir neçə iri şirkətlərlə müqavilələrimiz var, həmin işəgötürən təşkilatlarda vakansiya olduqda ilk növbədə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzibin məzunları orada işlə təmin olunur” – deyə, Peşə Təhsili Mərkəzin Təhsilalanlarla və İşəgötürənlərlə İş şöbəsindən bildirilib.

Qeyd olunur ki, təlim kurslarında iştirak etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin surətini, məcburi köçkün olmasını təsdiq edən sənədi və orta təhsil haqqında attestatı təqdim etməklə Mərkəzin Təhsilalanlarla və İşəgötürənlərlə İş şöbəsində qeydiyyatdan keçməlidir.

Xatırladaq ki, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 13 ixtisas üzrə ümumilikdə 253 tələbəsi 51 işəgötürən müəssisədə yüksək səviyyədə istehsalat təcrübəsi keçirlər. Təcrübə dərslərinin keçirildiyi şirkətlər arasında “MET-AK” MMC, “İmprotex İndustrise” MMC, “Azeristeel Metal Konstruksiyalar Zovodu“, “Socar- Azneft İstehsalat Birliyi” kimi nüfuzlu müəssiələr də var.

Elxan SALAHOV

Oxşar xəbərlər