2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü olaraq qatılan Ədalət Hüseynli döyüşlərdə iki dəfə yaralanıb və müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb.
2020-ci il noyabrın 8-də Şuşa istiqamətində yaralı yoldaşlarına kömək edərkən yenidən ağır yaralanıb. Ədalət döyüşlər zamanı yaralanaraq düz 4 dəfə əməliyyat olunub.
Ordumuzun mərd əsgəri Ədalət Hüseynli 2020-ci il dekabrın 21-də günlərlə koma vəziyyətində qaldıqdan sonra şəhadətə ucalıb.
Ölümündən sonra Müzəffər Ali Baş komandan İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü", “Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Atası deyir ki, Ədalət müharibəyə özü can atırdı, könüllü gedib vuruşub. O, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa uğrunda döyüşlərdə mərdliklə iştirak edib. Telefonla danışanda deyirdi ki, qələbə bizimlə olacaq. Narahat olmayın, hər şey yaxşıdır. Biz onunla fəxr edirik. Həmişə deyirdi ki, müharibə başlasa mən birinci gedəcəm!
Şəhidin atası onu da deyir ki, Ədalət kimi oğullar heç vaxt unudulmayacaq!
Vətən uğrunda şəhid olanları unutmaz!
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD