"Vətən səsi" xəbər verir ki, həmin mənzillər vaxtilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə tikilən, lakin Vətən müharibəsindən sonra prezident İlham Əliyevin sərəncamı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçib. Söhbət Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, eləcə də Abşeron və Samux rayonlarında inşa edilmiş binalarda yerləşir.
Xatırladaq ki, həmin mənzillərin satış prosesi ötən il iyulun 1-də başa çatmalı idi. Lakin proses hələ yekunlaşmayıb və bu gün də mənzillərin satışı davam edir. Nazirliyin 2024-cü ilin fevral ayında yaydığı məlumata əsasən, indiyə qədər cəmi 300 mənzil satılıb. Hazırda isə bir çox mənzil bron olunmuş vəziyyətdədir.
Qiymətlərə gəlincə, ən ucuz mənzil Samux rayonundakı yeni yaşayış kompleksindəki dördotaqlı mənzillərdir. Birinci və dördüncü mərtəbələrdə yerləşən həmin mənzillərin qiyməti 43 min 717.5 manatdır. Ən bahalı mənzil isə Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində dördotaqlı mənzildir. Həmin mənzilllər 85 min 595 manata satışa çıxarılıb.
Elxan SALAHOV