1961-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Kimya-Biologiya fakultəsinə daxil olub. 1966-cı ildə institutu bitirdikdən sonra Qubadlı Rayon Mərkəzi Xəstəxanasında həkim-laborant kimi fəaliyyət göstərib.
Daha sonra Laboratoriya şöbəsinin müdiri vəzifəsinə təyin olunan Həmid Cabbarov ömrünün sonuna kimi bu vəzifədə çalışıb.
İşlədiyi dövrdə Qubadlı Rayon Xalq Nəzarəti komitəsinin üzvü və Rayon Mərkəzi Xəstəxanasının Həmkarlar Komitəsinin üzvü olub.
1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Sumqayıt şəhərində məskunlaşan Həmid Cabbarov Qubadlı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətini davam etdirib.
Həmid Cabbarov 2006-cı ildə yanvar ayının 27-də vəfat edib.
Hazırladı: Tahirə AĞAMİRZƏ