15.12.2025, 17:16
AZ EN
15.12.2025, 14:49 112

Paşinyandan II Qareginə qarşı yeni ittihamlar

XƏBƏRLƏR
  • Ermənistan Baş nazir Nikol Paşinyanın kilsə ilə mübarizəsi az qala hər gün yeni ittihamlar müstəvisində davam edir. Qarşılıqlı ittihamlarla kilsənin ictimai nüzunu zədələyən hökumət nümayəndələri bu dəfə onları gizli siyasi fəaliyyətlərdə günahlandırır.

“Vətən səsi” xəbər veir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.  Bildirilir ki, Baş nazir uzun müddətdir vəzifəsindən kənarladırmaq istədiyi II Qaregini kilsəni siyasi partiyaya çevirməkdə ittiham edib.

“Yazdıqları siyasi mətnləri göndərib deyirlər ki, oxuyun. Kilsəni siyasi partiyaya çeviriblər, bu da qətiyyən qəbuledilməz və yolverilməzdir. Sonra yazılanları gətirib mənə göstərirlər, səfərdən qayıdan kilsənin hazırkı rəhbəri (II Qaregin) hava limanında çıxış edərkən soruşur ki, bəs xalq hanı? Xalq yoxdur, çünki o, xalq üçün olmayıb, xalq da onun üçün yoxdur, çünki o, xalqı kilsədən uzaqlaşdırıb və indi çoxdandır öz işlərini kənara atıb siyasi fəaliyyətlə məşğuldurlar”, - deyə Paşinyan qeyd edib.

Paşinyan kilsə rəhbərliyinin erməni xalqı qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə də günahlandırıb. O, qeyd edib ki, ibadət üçün kilsəyə gələn xalq dini mərasimlərin bir çox hallarda yarımçıq və mahiyyətdən kənar olduğunu görürlər: “Uzun müddətdir Ermənistanın adi kilsələrində moizə oxunmur, halbuki liturgiya qaydalarına əsasən, ibadət zamanı mütləq mərasimin bir hissəsində ibadəti aparan keşiş moizə ilə çıxış etməlidir”.

Yerli mətbuat yazır ki, Paşinyan öz komandasına katolikos II Qaregini müvəqqəti əvəzləyəcək şəxsin tapılması məsələsini tezləşdirməyi tapşırıb. Yeni namizəd kilsədə real islahatlarla bağlı konkret təklifləri olan ruhanilər arasından seçilməlidir. Həmin şəxs həm də kilsə və ruhanilər arasında böyük nüfuz sahibi olmalıdır.  Çünki II Qaregini əvəzləyəcək kilsə xadimi islahatlara hazır olmaqla yanaşı keçmiş prezidentləri dəstəkləyən və indi onların siyasi sifarişlərini yerinə yetirən keşişləri zərərsizləşdirməlidir.

Xatırladaq ki, Erməni Apastol Kilsəsinə rəhbəlik edən din xadimləri və katolikos II Qaregin keçmiş prezident Robert Köçəryanın adamı kimi tanınır. Paşinyan hakimiyyəti ilə kilsə arasında uzun müddətdir davam edən qarşıdurmanın da kökündə məhz bu dayanır.

Elxan SALAHOV

Oxşar xəbərlər