15.12.2025, 19:53
AZ EN
15.12.2025, 17:51 11

Poqosyan: “Bakının və Ankaranın tələbi yerinə yetiriləcək”

XƏBƏRLƏR
  • Ermənistan konstitusiyasının dəyişdirilməsi təkcə Azərbaycanın tələbi deyil, həm də Türkiyənin İrəvan və Ankara arasında münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü əsa şərtlədən biridir.

"Vətən səsi" xəbər verir ki, bunu erməni ekspert Vardan Poqosyan gələn il parlament seçkilərindən sonra konstitusiyanın dəyişdiriləcəyi barədə məlumatları şərh edərkən bildirib. Vardan Poqosyan deyib. Onun sözlərinə görə, Türkiyə sərhədlərin açılması müqabilində Ermənistan qarşısında iki şərt qoyub: Azərbaycanın sülh tələblərini yerinə yetirmək və Türkiyəyə qarşı ərazi iddialarına dair müddəanı konstitusiyadan çıxarmaq: “Artıq heç kimə sirr deyil ki, Paşinyan hökuməti bu tələblərin hər ikisini yerinə yetirəcəyinə söz verib. Yəni, konstitusiyanın dəyişdirilməsi məsələsi Azərbaycan və Türkiyənin irəli sürdüyü tələblərdən irəli gəlir. Hakimiyyət bu tələb çərçivəsində Ermənistanın əsas qanununu dəyişdirməyə hazırlaşır. Əslində isə məsələ konstitusiyanın dəyişdirilməsi ilə məhdudlaşmır, konstitusiya tamamilə yenidən hazırlanır”.

Xatırladaq ki, Ermənistanın 1995-ci ildə qəbul edilmiş konstitusiyasının preambulasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Preambulada istinad edilən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də keçmiş Ali Sovetin birinci sessiyasında qəbul edilib. Bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib. Bəyannamənin 11-ci maddəsində isə qeyd edilir ki, “Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. “Qərbi Ermənistan” dedikdə ermənilər Türkiyənin şərqində yerləşən 6 vilayəti (Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas) nəzərdə tutur. İndi isə Bakının İrəvanla sülh sazişini imzalaması, Türkiyənin isə Ermənistanla sərhədləri açaraq münasibətləri normallaşdırması məhz həmin bəndlərin konstitusiyasından çıxarılmasından asılıdır. Hər iki qonşu ölkənin Ermənistan hakimiyyəti qarşısında qoyduğu tələbin yerinə yetirilməsi məqsədilə gələn il referendum yolu ilə konstitusiyanın dəyişdiriləcəyi və ya Poqosyanın dediyi kimi, yenisinin qəbul ediləcəyi gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər