Kitabın müəllifi İbrahim Zeynalov zəngin yaradıçılıq yolu keçmiş və tarix elmində böyük uğurlar qazanmış alim kimi tanınır. 7 monoqrafiyanın, 6 dərsliyin, 20-dən çox dərs vəsaitinin, 5 kitabın, 10-dan çox fənn proqramının, ümumilikdə, 300-ə yaxın elmi məqalə və əsərin müəllifidir. Elmi-pedaqoji və ictimai-siyasi sahədəki fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirılib, 3-cü dərəcəli Əmək ordeni, BDU-nun 100 illiyi medalı ilə təltif edilib.
Nəfis şəkildə tərtib olunmuş monoqrafiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri zəngin arxiv materialları, mühüm əhəmiyyət kəsb edən dövlət və hökumət sənədləri, Ulu öndərin çıxışları, nitqləri, müsahibələri, müxtəlif dillərdə olan mənbə və ədəbiyyatlar, həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş əsərlərdəki faktiki materiallar əsasında araşdırılmışdır.
Kitabın elmi məsləhətçisi AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev, elmi redaktoru AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovdur.
Mina RƏŞİD