28.06.2025, 09:35
AZ EN
20.06.2024, 17:52 304

Azər Qocayev Ağsu rayonunda Kəlbəcər sakinlərinin səyyar qəbulunu keçirib

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ağsu rayonu, Hinqar kəndi, Hinqar kənd orta məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlarla səyyar qəbul keçirib.

Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib.

RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin, ərazi bütövlüyümüzün tam bərpasına nail olan lokal antiterror əməliyyatından, uğurla icra edilən “Böyük qayıdış” dövlət proqramından, eləcə də, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş dövlət proqramlarından söz açıb.

Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər