Səyyar qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışdır.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Qəbulda iştirak edən Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov ona ünvanlanan müraciətlərə qanunamüvafiq qaydada baxılacağını, qaldırılan məsələlərin səlahiyyətləri daxilində həllinə çalışacağını bildirib.