10 Aprel - Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur. Azad olunan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərində böyük payı olanlar sırasında inşaatçılar da yer alır. Onlar indi peşə bayramlarını müqəddəs torpaqlarda iş başında qeyd edirlər. İşğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri hazırda sürətlə gedir, zəruri infrastruktur yaradılır. Tikinti sektorundakı canlanmada və dinamik inkişafda əməyi olan peşə sahibləri bu quruculuq işlərində qürurla iştirak edirlər. (AZƏRTAC)