Bunu AQTA-nın sədri Qoşqar Təhməzli aprelin 5-də keçirilən “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə tədbirdə deyib.
"Eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması nəzərdə tutulur. Yeri gəlmişkən, Agentlik xarici ölkələrdə fəaliyyət göstərən və məhsullarını respublikamıza idxal etmək niyyətində olan qida obyektlərinin təsdiqi prosesini də davam etdirir. Bu vaxtadək 350-yə yaxın xarici qida müəssisəsi Agentlik tərəfindən təsdiq olunub”, - deyə Q.Təhməzli qeyd edib. (AZƏRTAC)