27.06.2025, 05:50
AZ EN
19.02.2024, 14:37 545

Qayıdış konsepsiyası yol xəritəmizdir!

XƏBƏRLƏR
  • 18 fevral 2024-cü il tarixdə Qərbi Azərbaycan Çəmbərək rayon Qadınlar Şurasının növbəti toplantısı keçirildi. Toplantıda Ulu öndər Heydər  Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri  bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Çəmbərək rayon  Qadınlar Şurasının sədri  Məhluqa Rəhimova 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirildiyi barədə xatırlatma etdi. Azərbaycan xalqının seçkidə çox fəal olduqlarını və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 92,12 faiz səs qazanaraq yenidən Prezident seçilməsini qürur hissi ilə vurğuladı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu günə qədər apardığı siyasətdən, “Qərbi Azərbaycan İcması”na diqqətindən və qurumun fəaliyyətinə etdiyi töhfələrdən,  ölkəmizin lider bir ölkəyə çevrilməsindən danışdı. Qərbi Azərbaycanlıların üzərlərinə böyük tarixi məsuliyyət düşdüyünü qeyd etdi.

Toplantıda Çəmbərək rayon Qadınlar Şurasının strukturununun  tərkib hissəsinə yenidən baxıldı. Bəzi qrupların tərkibində say artırıldı.  Ayda bir dəfə  Qadınlar Şurasının toplantısının çağırılması nəzərdə tutuldu. Qadınlar Şurasının tərkibindəki qrupların hər birinin vəzifə və öhdəlikləri müəyyən edildi. İllik fəaliyyət planının  tərtib edilməsi məqsədi ilə müzakirələr aparıldı.  

Fazilə Yəhyaqızı

Oxşar xəbərlər