28.06.2025, 01:54
AZ EN
09.02.2024, 17:38 293

Düşmənin xarabalığa çevirdiyi Xocalı yenidən qurulur - FOTOLAR

XƏBƏRLƏR
  • Xocalı şəhərində 167 hektar ərazidə 113 evin bərpasına başlanıb. Həmin evlərdən 50-si bu ilin yazında doğma yurduna qayıdacaq sakinlərin ixtiyarına veriləcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi nömrələnmiş 113 evin hamısında bərpa və yenidənqurma işləri aparılır. Xocalıya köç prosesi sürətləndikcə ərazidə tikilən 200-ə yaxın həyət evi mərhələli şəkildə məskunlaşma üçün təhvil veriləcək. Eyni zamanda biri beşmərtəbəli,  digərləri 2-3 mərtəbəli olmaqla ümumilikdə 110 mənzilli binalar da Xocalı sakinləri üçün yenidən qurulur.

Bundan başqa, hazırda 18 hektar ərazidə “fin evləri” adlanan sahədə 92 kottec tipli evlər yenidən qurulur ki, burada da təmir işləri başa çatmaq üzrədir.

Yenidən qurulan Xocalı müasir şəhər kimi yenidən qurularaq işğala qədər burada yaşamış keçmiş məcburi köçkünlərin ixtiyarına veriləcək. Burada həmçinin geniş ərazisi olan park salınır. Hazırda əsas bərpa və yenidənqurma işləri Xocalının mərkəzindən keçən magistral yolun ətrafında gedir.

Bakı Abadlıq Xidmətinin landşaft memarı Ahmet Eren bildirib ki, Laçında olduğu kimi Xocalıda da çaykənarı ərazilərdə bulvar salınır və ətraf zonalar gəzinti-istirahət mərkəzinə çevriləcək. Burada həmçinin kiçik iaşə obyektlərinin tikintisi nəzərdə tutulub.

Elxan SALAHOV

Oxşar xəbərlər