27.06.2025, 15:12
AZ EN
08.06.2022, 10:00 490

Yuxarı Qarabağ kanalında təmir işləri aparılır

XƏBƏRLƏR
  • 2022-ci ilin yaz-yay suvarma mövsümünə hazırlıqla bağlı Yuxarı Qarabağ kanalında cari və əsaslı təmir işləri aparılır, kanalın təmizlik işlərinə texnikalar cəlb olunub.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən  verilən məlumata görə, kanalın daxili yamaclığında olan kol-kos təmizlənir, lil qatı xaric olunur.

Mənbəyini Mingəçevir Su Anbarından öz axımı ilə götürən kanal ölkənin 6 rayonunun ərazisindən keçməklə 11 rayona xidmət edir.

Uzunluğu 172,4 km təşkil edən kanal üzərində 19 hidrotexniki qurğu, 32 körpü, 12 səviyyə qaldıran qurğu, o cümlədən 45 paylayıcı qurğu, digər sifon və borulardan ibarət paylayıcı qurğular yerləşir. (APA)

Oxşar xəbərlər