29.06.2025, 01:34
AZ EN
30.01.2024, 08:28 347

Zəngilanlı sakinlərlə səyyar qəbul keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Sumqayıt şəhəri, 12-ci mikrorayonda məskunlaşan zəngilanlı sakinlərlə keçirilib. 

Səyyar qəbulda müraciətlər əsasən yeni ailə təsərrüfatının yaradılması, sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, mənzil növbəsi barədə olub.

Vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verilib. Digər problemlərin həlli isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirilib.

Mina RƏŞİD

Oxşar xəbərlər