26.09.2025, 17:03
AZ EN
26.09.2025, 15:13 206

Ermənistanın Azərbaycanla sərhəd kəndləri ilə bağlı qərar

XƏBƏRLƏR
  • Ermənistanda sərhədyanı icmalarının sakinlərinin gündəlik ehtiyaclarını yüngülləşdirmək və həyat şəraitini yaxşılaşdırmaq üçün onlara pul veriləcək. Artıq həmin dövlət yardımlarının məbləği və ödəniş kriteriyaları da müəyyənləşib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Errmənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, hökumət sərhədyanı ərazilərdə yaşayan əhaliyə 2026-cı ildə 1 milyard 48 milyon dram (2,7 milyon dollar) yardım ayıracaq.

"Sputnik Armeniya”nın yazdığına görə, hökumətin 2014-cü il qərarına əsasən, Ermənistanın 13 sərhəd icmasının 82 yaşayış məntəqəsinin sakinləri dövlət dəstəyi alır. Gələn il üçün nəzərdə tutulan maliyyə yardımları ilə bağlı bəzi dəyişiklər ediləcək. Həmin dəyişikliklər hökumətin dünənki iclasında qəbul edilib.

Qərara əsasən, sərhədyanı icmalara təbii qaz, elektrik enerjisi, suvarma suyu xərclərinin qismən ödənilməsi və əmlak vergisinin tam ödənilməsi şəklində dövlət yardımı göstəriləcək. Lakin hökumətin bu qərarı parlament tərəfindən təsdiqləndikdən sonra icraya yönəldiləcək.

Xatırladaq ki, yalnız sərhədyanı kəndlərdə yaşayan sakinlər üçün nəzərdə tutulan maliyyə yardımlarının məqəsdi həmin ərazilərdə sosial problemlərin həllinə kömək göstərmək və əhali köçünün qarşısının alınmasına nail olmaqdır. Qərara əsasən, Azərbaycanla həmsərhəd erməni kəndlərinin sakinləri elektrik enerjisini, təbii qazı, içməli suyu və suvarma suyunu 50 faiz ucuz alacaq, bütün növ vergilərdən azad ediləcəklər. Bundan başqa, xüsusi imtiyazlı ailələrin mənzil təminatı ilə bağlı ehtiyacları öyrəniləcək və zəruri hallarda icma üzlərinə yaşadığı kəndin ərazisində əvvəl sahib olduğu evin ölçüsündə ev verilmələcək.

Elxan SALAHOV

Oxşar xəbərlər