Bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, məlumat bülleteninin “Rəsmi sənədlər” hissəsində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamının, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci ildə xalqa müraciətinin, polkovnik Cəlil Xəlilovun “27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdür”, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin baş eksperti Nəsimi Əfəndiyevin “Ölməzlik qazananların məkanı ürəklərdir” sərlövhəli məqalələrinin tam mətni təqdim edilib.
Kitabxananın rəsmi saytında yerləşdirilən vəsaitdə Anım Günü, II Qarabağ müharibəsinin tarixi, Vətən müharibəsi şəhidləri haqqında kitabların biblioqrafik icmalı, qısa annotasiyası, dövri mətbuatda çıxan məqalələrin siyahısı verilib.
“27 sentyabr Anım Günü” adlı virtual kitab sərgisində “Qələbə şəhidləri”, “Ölümsüzlər”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Unutmaq olarmı sizi şəhidlər?”, “44 gün, 23 saat”, “Ölməzlik yolunun yolçusu”, “Payızın 44 anı” kimi 20-dən çox kitabın və “Tarixə çevrilən "Anım günü" yürüşü”, “Sərkərdə, savaş və Zəfər: 44 günün təntənəli salnaməsi”, “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir”, “İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir” kimi məqalələrin tam mətni yer alıb.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib. (AZƏRTAC)