26.09.2025, 19:12
AZ EN
26.09.2025, 17:17 15

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır

XƏBƏRLƏR
  • "Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsi üçün torpaq sahələrinin alınması bu ilin sonunadək tamamlanacaq".

"Vətən səsi" xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib. Onun sözlərinə görə, bu məsələ Tehranın strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır və İran Prezidenti Məsud Pezeşkian dəhlizlərin bərpasına xüsusi önəm verir.

Nazir bildirib ki, dəmir yolunun təxminən 10 kilometrlik hissəsinə səfəri zamanı ümidverici məlumatlar əldə edib və yaxın vaxtlarda prezidentə hesabat təqdim edəcək.

Fərzanə Sadiq onu da qeyd edib ki, İran, Azərbaycan və Rusiyanın hökumət nümayəndələri üçtərəfli görüşə hazırlaşır. Onun sözlərinə görə, Bakıda keçiriləcək üçtərəfli görüşdə əsas müzakirə mövzularından biri Rəşt-Astara dəmir yolu olacaq, həmçinin yüklərin daşınması ilə bağlı razılaşmaların da davam etdiriləcəyi gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər