28.06.2025, 01:15
AZ EN
17.01.2024, 14:27 357

Ramiz Həsənov Abşeronda zəngilanlı sakinləri qəbul edib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Abşeron rayonu, Ceyranbatan qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə keçirilib. 

Müraciətlər əsasən keçmiş məcburi köçkünlərə verilən vahid aylıq müavinətin bərpa olunması, yeni ailə təsərrüfatının yaradılması, xəstəliklə bağlı pensiya təyinatına köməklik göstərilməsi və.s barədə olub.

Vətəndaşların müraciətləri dinlənildikdən sonra məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. 

Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər