28.06.2025, 08:33
AZ EN
10.01.2024, 17:24 257

Zəngilan RİH-i başçısının səyyar qəbulu Sabunçu rayonunda keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov növbəti səyyar qəbulunu Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə keçirib.

Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, vətəndaşların yaşadıqları yataqxananın zirzəmisində olan qrunt sularının xaric olmasına köməklik göstərilməsi, köç prosesi zamanı Pirveys kəndi hazır olanda orada köçüb yaşamaları barədə olub.

Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. 

Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər