29.06.2025, 01:35
AZ EN
23.10.2023, 13:10 325

"YAŞAT" Fondu şəhidimizin yeni doğulan övladının yanındadır

XƏBƏRLƏR
  • Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Mikayıl Vüqar oğlu Həmidlinin Bakı şəhərində doğulan övladı Davudun zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Mina RƏŞİD

Oxşar xəbərlər