29.06.2025, 13:51
AZ EN
09.10.2023, 09:34 371

Bizə meydan oxuyan Arayik indi boynubükük, səfil günündədir

XƏBƏRLƏR
  • Arayiklə Ruben əslində bir-birilərini sevməsələr də Xankəndində “xan” olmaq xülyasına qapılmışdılar. Bu gün isə hər ikisi DTX-dır. Bəlkə də yanaşı kameralarda. Rubenin dil-ağzı boğazına sığmır. Deyilənə görə ifadəsində çoxlarını satıb. Qərb və Rusiya siyasətçilərini, hüquq müdafiəçilərini və digərlərini. Rubendən fərqli olaraq Arayik  Xankəndində doğulub, orda böyüyüb. Tanıyanlar deyir ki, sakin uşaq olub. 10 saylı Xankəndi məktəbinin şagirdi illər sonra  necə separatçıya çevrilib?

Arayikin sinif yoldaşı, Xankəndi sakini Sima Həsənova İctimai Televiziyaya onun barəsində danışarkən orta məktəbdə oxuduqları illərdə çəkdirdikləri Arayikin də olduğu şəkilləri təqdim edərkən bildirib ki, əslində Arayik özünü çox gözə soxmayan bir uşaq idi, çox sakit idi. Məktəbdə arışmalar, olimpiadalar olanda o, qoşulmazdı. Orta oxuyan şagird idi.

Sima Həsənova artıq ləğv olunan qondarma rejimin keçmiş “prezidenti”  Bakıda həbsdə olan Arayik Harutunyanla yaşıddır. 1973-cü ildə eyni şəhərdə Xankəndində doğulub. Arayiklə 10 saylı orta məktəbdə 4 il bir sinifdə oxuyub. Sakit, səssiz uşaqdan qatilə, terrorçuya çevrilən sinif yoldaşını Sima Həsənova Gəncə terrorundan sonra tele-kanalların birində qəzəb dolu çıxışı zamanı tanıyıb.

“O, Şuşadakı alban kilsəsinin qabağında çıxış eləyəndə qonaqlarım var idi, birdən baxdım televizorda onu görəndə, o, Şuşadan elə danışırdı ki, “bizim əzəli torpaqlarımız, bizim kilsələrimiz” və s.deyəndə mən ona əsəbləşib öz-ğözümə, “siz Şuşa görmüsünüz”, - dedim. Birdən yadıma düşdü ki, bizim sinifdə Arayik vardı axı. İnternetə girəndə məlumatlarına baxdım ki, bu mənimlə oxuyan Arayikdi. Sonra getdib uşaqlara dedim ki, bu mənimlə oxuyan Arayikdi. Şagirdlərlə birlikdə çəkdirdiyimiz şəkli tapandan sonra yadıma düşdü ki, bu odur.”

8-ci sinifdə oxuyanda öz doğma Vətənindən təhdid və hədələrlə çıxarılan Sima Həsənova deyir ki, yaşadığı hər şeyə rəğmən bir vaxtlar eyni sinifdə oxuduğu sakit oğlan uşağının caniyə çevriləcəyi ağlına gəlməzdi. Amma bəllidir ki, biruzə verməsə də, Arayik Harutyunyan elə o vaxttdan türklərə, azərbaycanlılara qarşı nifrətlə, kinlə böyüyüb.

“Mənim sərəncamımla “artsax” silahlı bölmələri yayılım raket atəşi sistemi ilə Gəncə şəhərini vurdular. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim, bizim tarixi Gəncəni Kirovabadı, onların hərbi daimi yerləşdirmə yerini vurmuşdum. Çünki onlar özləri məcbur etdilər. özünüzə gəlin, özünüzə gəlin. Çünki özünüzə gəlməsəniz,  digər böyük şəhərləri vurmağa davam edəcəyik” .

Prezident İlham Əliyev isə cavabında: “Məhz Şuşada o dəstə başçısı hansıki indi deşik axtarır gizlənməyə. Xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orda iştirak edib. Bu bizə sataşmaq deyildimi və bunun hesabını sizdən soruşan olmayacaqdımı?” demişdir.

Bəli, Ali baş Komandanın dediyi kimi, bəli, hesabı soruşuldu. Onlar gizləndikləri deşiklərdən tapılıb çıxarıldı. Vaxtilə özünə, “ordusuna” çox güvənən, təhdid dolu çıxışlar edən Arayik Harutyunyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının yanında heç də özündən arxayın görünmürdü. Əksinə boynubükük, yazıq, səfil görkəm almşdı. Baş separatkı dekabrın 14-də 50 illik yubileyin qeyd edəcək Bakıda, həbsxanada. Hələ bundan sonra çox, bəlkə də bütün ad günlərini dəmir barmaqlıqlar arxasında keçirəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər