28.06.2025, 16:53
AZ EN
23.08.2023, 13:11 414

FHN-in qrup komandiri: Ağdamdakı keçmiş təmas xəttində minalar həddindən artıq çoxdur

XƏBƏRLƏR
  • "Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı alayı da işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları icra edir. İşimizin əsas hissəsi su hövzələri və qəsəbələrdə olub. Hazırda işlədiyimiz ərazi Ağdam rayonunun Mərzili kəndi istiqamətindədir".

Bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə üzrə xüsusi təyinatlı alayının istehkam qrupunun komandiri Altay Alıyev Ağdamda keçirilən media-tur çərçivəsində deyib.

O, ərazidə işlərinin yekunlaşmaq üzrə olduğunu deyib: “Hazırda işlədiyimiz ərazi Ağdam rayonunun Mərzili kəndi istiqamətindədir. Bura keçmiş təmas xəttidir. Burada minalar həddindən artıq çoxdur. Buna baxmayaraq, istehkamçılarımız ərazilərdə peşəkarlıqla işləyirlər. Maksimum sürətlə təhlükəsizlik qaydalarına riayət etməklə çalışırlar”. (APA)

Oxşar xəbərlər