Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə tədbirdə film və sərgi nümayiş etdirilib, çıxış edənlər xalqımıza qarşı törədilmiş soyqırımı siyasətinin tarixindən danışıblar. Qeyd olunub ki, həqiqətləri real faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırmaq, saxta erməni təbliğatını aradan qaldırmaq və hadisələrə hüquqi-siyasi qiymət vermək vacibdir.
Tədbirdə 1918-ci ilin mart-aprel aylarında Bakı, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak-bolşevik silahlı dəstələri tərəfindən on minlərlə dinc azərbaycanlının qətlə yetirildiyi və minlərlə insanın didərgin salındığı xatırladılıb. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdi. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. (AZERTAC)