28.06.2025, 15:28
AZ EN
20.11.2023, 07:16 195

Zabux sakini: “Fəxr edirik ki, torpaqlarımıza qayıdırıq”

XƏBƏRLƏR
  • “Fəxr edirik ki, torpaqlarımıza qayıdırıq”.

Bu sözləri jurnalistlərə Laçın rayonu, Zabux kənd sakini, keçmiş məcburi köçkün Kamilə Rəsulova deyib.

K.Rəsulova bildirib ki, Laçını tərk edəndə 30 yaşı vardı: “İndi yurduma qayıdıram. Çox sevinirəm. Sağ olsun cənab Prezidentimiz. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə can sağlığı versin.

Mənim qardaşım oğlu da müharibə iştirakçısıdır. O, torpaqlarımızın azad edilməsi uğruna bir neçə ağır döyüşdə iştirak edib. Torpaqlarımızın azad edilməsində hamının payı, əziyyəti var. Bizi öz yurdumuza, el-obamıza qaytardılar. Cənab Prezidentimiz çox sağ olsun".

"Hər birimiz böyük sevinc, ruh yüksəkliyi içindəyik. Fəxr edirik ki, torpaqlarımıza qayıdırıq. Hər an, həmişə bu günü gözləmişik ki, doğma yurdumuza geri qayıdaq”, - o əlavə edib. (Report)

Oxşar xəbərlər