27.06.2025, 08:46
AZ EN
18.08.2023, 16:20 361

Kütləvi məzarlıqlarda Birinci Qarabağ müharibəsində itkin düşmüş 500-ə yaxın şəxsin meyit qalıqları tapılıb

XƏBƏRLƏR
  • Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarış proseslərinə başlanılıb.

Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, 2020-ci ilin noyabr ayından bəri işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri nəticəsində aşkar edilmiş kütləvi məzarlıqlarda Şuşa rayonu Daşaltı kəndi ərazisində 28 şəxsə, Xocavənd rayonu Edilli kəndi ərazisində 27 şəxsə, Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi ərazisində 9 şəxsə, Ağdam rayonu Sarıcalı kəndi ərazisində 6 şəxsə və digər ərazilərdə ümumilikdə 500-ə yaxın insan meyit qalıqları tapılaraq götürülüb və həmin meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə Məhkəmə Tibbi Ekspertiza ilə yanaşı 300-ə yaxın DNT ekspertizası təyin edilib. (APA)

Oxşar xəbərlər