Onun xəstə və kimsəsiz uşaqlara, qocalara qayğısı, onlara göstərdiyi nəvaziş və səmimiyyət açığını deyək ki, çox insanlarda yoxdur. Onun insanlara baxışı belə məhəmdir, qayğıdır.
Bu gün onun günüdür. Çox gözəl bir gündür, həm onun üçün, həm də onu sevənlər üçün. Fədakarlıqları və gördüyü işlərlə sərhədləri aşan, gələcəyimizi gözəlləşdirən Leyla Əliyevanın adı gələndə hər birimizin üzünə sevinc qonur. Çünki bu illər ərzində onu ancaq humanistliyi, xeyirxahlığı, vətənpərvərliyi ilə tanımışıq, sevmişik. Leyla Əliyeva həm də gözəl şairdir. Dərin mənalı, duyğulu, insanı düşündürən, uzaqlara götürən şeirlərin müəllifidir.
Hələ uşaqlıqdan Azərbaycana və Azərbaycançılığa dərin qiymət verən Leyla Əliyevanın xeyriyyəçilik yolu ölkəsi və xalqı qarşısında güclü məsuliyyət hissi ilə başlayıb. Leyla Əliyevanın toxunduğu həyatlarda ümidsizlik yox, işıq var, nur var. O, səhiyyə, təhsil və sosial rifah sahələrində mühüm dəstək göstərərək insanlara ümid, gələcəyimişə işıq olub hər zaman. İnsanların həyatına toxunan, onların qəlbində ümiş işğını yandıran Leyla Əliyeva daim uşaqları və yaşlıları qayğı ilə əhatə edir. Onları xoş gələcək bəxş edən layihələrə şəxsən özü rəhbərlik edir və sonrakı nəsillər üçün daha parlaq həyatla təmin olunması üçün var qüvvəsi ilə çalışr.
Onun ətraf mühitə və təbiətə olan sonsuz sevgi və qayğısı gənclərimiz üçün bir örnəkdir. Leyla Əliyevanın xeyirxah təşəbbüsü sərhədləri aşaraq beynəlxalq hərəkata çevrilib. Qlobal ekoloji maarifləndirmə və fəaliyyət təkcə Azərbaycanı deyil, dünyamızı qoruyur. O, hər zaman mədəniyyətləri birləşdirməyə və mədəni diplomatiya vasitəsilə sülhü təşviq etməyə sədaqiətni nümayiş etdirir. Onun dayanıqlı gələcəyə baxışı planetimizi qorumaq üçün bir təkandır. Əhəmiyyətli töhfələrinə görə beynəlxalq səviyyədə tanınan Leyla Əliyeva dünyanı daha yaxşı bir yerə çevirmək üçün çəkdiyi zəhmətə, göstərdiyi fədakarlıqlara görə çoxsaylı mükafatlar və fəxri adlar alıb. Lakin onun üçün əsas mükafat xalqımızın qəlbində ona olan sevgi və rəğbətdir. Leyla Əliyeva təkcə mədəniyyət və ekologiyanın müdafiəçisi deyil, həm də Azərbaycan və onun hüdudlarından kənarda daha parlaq, daha davamlı gələcəyi formalaşdıran bir şəxsiyyətdir.
Tahirə AĞAMİRZƏ